YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Quliyev: 2018-ci ildə ölkəmizin dinamik inkişafı davam edib

“2018-ci il Azərbaycan üçün uğurlu il olub və ölkənin dinamik inkişafı davam edib. Bunu il ərzində iqtisadi sahədə əldə olunan uğurlar, statistik göstəricilərdən, beynəlxalq reytinqlərdə yerimizdən də açıq şəkildə görmək mümkündür”. Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev  bildirib ki, ötən  il əldə olunan makro iqtisadi stabillik böyük nailiyyətlərdən biridir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi bu ilin ən mühüm iqtisadi uğurlarından hesab oluna bilər. 2018-ci  il digər ölkələrlə müqayisədə milli valyutamızın stabil qalması da önəmli hadisələr sırasına aid edilə bilər. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, ötən  il qeyri-neft sektorunun inkişafı və xüsusilə də kiçik və orta sahibkarlıq istiqamətində ciddi addımlar atıldı, uğurlar əldə olundu.

“2018-ci il mühüm islahatlarla yadda qaldı. Prezident İlham Əliyevin də söylədiyi kimi bu islahatların əksər hissəsi 2019-cu ildə öz nəticəsini verəcək. Maliyyə bazarında stabillik yarandı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1.5 faiz artması iqtisadi göstəricilər baxımından uğurla başa vurduğumuzun göstəricisidir. Eyni zamanda, 2018-ci il büdcə tapşırıqları tam şəkildə həyata keçirilib”-deyə, deputat qeyd edib.