YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan və Gürcüstan BMT-nin ən yoxsul ölkələridir

BMT Baş Assambleyası təşkilatın yaxın 3 ildə xərclərini bölüşdürüb. BMT-nin xəbərlər xidməti üzv ölkələrin təşkilatın büdcəsinə yeni ödənişi üzrə cədvəli açıqlayıb.

Trend-in məlumatına görə, qəbul edilmiş qərara uyğun olaraq ABŞ əvvəlki kimi maksimum həcmdə – BMT-nin bütün xərclərinin 22 faizi - ödəniş edəcək.

Uzun illərdən sonra Çin Yaponiyanı keçərək təşkilatın büdcəsinə ən çöx ödəniş edən ikinci ölkə (xərclərin 12 faizi) olub.

Hər bir ölkə BMT-nin xərclərinin müəyyən hissəsini ödəməlidir: iri ölkələr maksimum 22, kiçik ölkələr isə 0,01 faiz.

İri "sponsor"ların siyahısına Yaponiya (8,564 faiz), Almaniya (7) və Fransa da (4,427) daxildir. Rusiya 2,405 faiz ödənişlə 8-cı sıradadır.

Bu göstərici üzrə Gürcüstan (0,008 faiz ödəniş) və Ermənistan (0,007) BMT-nin ən yoxsul ölkələri hesab olunur.