YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: 2018-ci ildə ölkəmizin təşəbbüsü ilə irimiqyaslı transmilli layihələr uğurla icra olundu

“2018-ci ildə ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə bir sıra irimiqyaslı transmilli layihələr uğurla icra olundu”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bidirib ki, 2018-ci ildə Avrasiyanın enerji xəritəsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP qaz kəmərinin açılışı oldu. Onun sözlərinə görə, bu layihənin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi üzrə işlərin yekunlaşdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu. Cari ildə həm də “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür. Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyı”-deyə, deputat qeyd edib.