YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib

“Bu gün ölkədə bütün sahələrdə dinamik inkişafı nümayiş etdirən hadisələr müşahidə olunur, transmilli layihələr həyata keçirilir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ölkə  Prezidentinin uğurlu inkişaf strategiyası dövlətimizin iqtisadi yüksəlişinin daha da artması üçün geniş imkanlar yaradıb.

“Bu günlərdə də mühüm tarixi qərarlar verilib, o cümlədən dövlət başçısı tərəfindən minimum əmək haqqının 38% artmasını təmin edən sərəncam imzalanıb. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib”-deyə, komitə sədri vurğulayıb.