YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Bu gün dünyada gedən ictimai-siyasi proseslər istənilən ictimai sferanın inkişafını stimullaşdırır

“Bu gün dünyada gedən ictimai-siyasi proseslər istənilən ictimai sferanın inkişafını stimullaşdırır”. Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib.

Ü.Quliyev bildirib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi bu inkişafı şərtləndirən əsas amillərdən biridir. Ona görə də,   hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir.

““Gənclər siyasəti haqqında” Qanunda edilən dəyişikliklər də məhz bu vəzifələri ehtiva edir. Ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu sahədə qanunvericilik dövlət siyasətinə adekvat olmalıdır. Bu baxımdan, “Gənclər siyasəti haqqında” Qanuna dəyişikliklər böyük əhəmiyyət kəsb edir”-deyə, komitə sədri qeyd edib.