YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb

“Ölkəmizdə əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Ş.İsmayılov  bildirib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Təbii ki, bu gün ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb.

“Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Bütün bunlar gənclərimizin gələcəyi üçün çox önəmli addımlardır. Ölkə Prezidentinin tələbələrin təqaüdünün artırılması haqqında imzaladığı sərəncam da tələbə gənclərimizə böyük qayğının nümunəsidir. Tələbə gənclərimiz bu qayğı nəticəsində öz bilik və bacarıqlarını daha da artırmalı, ölkəmizin inkişafı prosesinə öz töhfələrini verməlidirlər”-deyə, Ş.İsmayılov qeyd edib.