YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Problemlərin həllində dövlət hər zaman təşəbbüs göstərməyə, bunun üçün kifayət qədər vəsait ayırmağa hazırdır

“Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür. Prezident İlham Əliyev son fərman və sərəncamları ilə bir daha xalqın yanında olduğunu, insanların problemlərini daim diqqət mərkəzində saxladığını göstərdi”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, problemli kreditlərin həlli Azərbaycan iqtisadiyyatının dinamikliyi və inkişafı, sosial məsuliyyətin artması baxımından çox mühüm hadisədir. Onun sözlərinə görə, cənab Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman dünyada nadir rast gəlinən hallardan biridir.

“Bu problemin həll edilməsi dövlət-vətəndaş münasibətlərində etibar və dəstək məsələsini daha üst səviyyəyə qaldırır. Problemli kreditlər maliyyə sisteminin sağlamlaşdırılmasında bir maneə kimi qalmışdı və bunu həll etmək lazım idi. Baxmayaraq ki, bu məsələdə dövlətin hüquqi və maliyyə öhdəliyi yox idi. Çünki burada məsələlər vətəndaş və özəl sektor arasında tənzimlənirdi, müqavilələr də var idi. Məsələnin həlli bir daha göstərdi ki, ümumi problemlərin həllində dövlət hər zaman təşəbbüs göstərməyə, bunun üçün kifayət qədər vəsait ayırmağa hazırdır. Burada ümumilikdə 1 milyarda yaxın vəsaitin ayrılmasından söhbət gedir və kifayət qədər böyük məbləğdir. Bu da iqtisadiyyatın inkişafının hərtərəfli təmin olunması baxımından dövlətin atdığı vacib addımdır”-deyə, T.Mirkişili vurğulayıb.