YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədi rayonunda şanlı Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Ağcabədi rayonu ərazisində şanlı aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri aprel 3-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının, “Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin  Ağcabədi rayon şöbəsinin  və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir çərçivəsində Füzuli rayonunun Horadiz qəsəbəsində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Sonra tədbir iştrakçıları Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə gedərək torpaqlarimizin müdafiəsində dayanan “N” saylı hərbi hissənin əsgər və zabitlərl ilə görüşüblər.

Əsgərlər qarşısında çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi, Qarabağ muharibəsi veteranı Mehman Novruzov Ağcabədi ictimaiyyətinin əsgərlərə salamını çatdırıb, Azərbaycan Ordusunun bu gün regionun ən güclü ordusu olduğunu bildirib və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğısından bəhs edib.

“Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin  Ağcabədi rayon şöbəsinin sədri, Qarabağ müharibəsi əlili İsmayıl Məhərrəmov çıxış edərək gənc əsgərlərə xidmətlərində uğurlar, torpaqlarımızın azad edilməsi uğrunda yeni qələbələr arzu edib.

Sonda tədbir iştirakçıları tərəfindən gətirilmiş Azərbaycanın üçrəngli bayrağı hərbi hissəyə təqdim edilib, həmin bayrağın işğaldan azad olunacaq yeni ərazilərimizdə tezliklə dalğalandırılmasını arzu ediblər.

Daha bir tədbir isə aprelin 4-də 2016-cı ilin aprel döyüşlərində erməni təcavüzkarlarına qarşı döyüşdə qəhrəmancasına həlak olmuş Hindarx qəsəbə sakini Dilsuz Qarayevin xatirəsini yad etmək üçün Ağcabədi rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin, QMƏVŞAİB Ağcabədi rayon şöbəsi veteranlarının, “N” saylı hərbi hissənin bir qrup şəxsi heyətinin və Hindarx qəsəbə sakinlərinin iştirakı ilə şəhid Dilsuz Qarayevin məzarı önündə keçirilib.

Çıxış edən  YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov 2016-ci ilin aprel döyüşlərinin böyük siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb. O, aprel döyüşləri Ermənistan ordusunun məğlubedilməsizliyi barədə fikri alt-üst etdiyini, Azərbaycan dövləti və xalqının torpaq itkisi ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini, Ali Baş Komandan İlham Əliyevin həm siyasi müstəvidə, həm də güclü ordu quruculuğu istiqamətində gördüyü mühüm işlər sayəsində torpaqlarımızın işğaldan azad olunacağını bildirib.

Mərasimdə Ağcabədi rayon İcr Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Akif Qasımov, QMƏVŞAİB Ağcabədi rayon şöbəsinin sədri İsmayıl Məhərrəmov, “N” saylı hərbi hissənin tabor komandirinin müavini Zaur Əliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin rəisi Ruslan İsmayılov, “N” saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini Eldəniz Daşdəmirov şəhid Dilsuz Qarayevin ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəldiyini qeyd edibvə onun əziz xatirəsinin heç vaxt unutmayacaqlarını vurğulayıblar.

Şəhid Dilsuz Qarayevin anası Cəvahir Hacıyeva çıxış edərək övladının vətən uğrunda şəhid olduğunu deyib, şəhidlərin qanının yerdə qalmayacağına inandğını vurğulayıb.

Tədbirdə həmçinin  Dilsuz Qarayevin təhsil aldığı Qaraş Əliyev adına Hindarx qəsəbə 3 saylı ümumi orta məktəbin və Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbin şağırdlərinin ifasında şəhidlər və vətən haqqında şeirlər ifa edilib.

Tədbir iştirakçıları sonra Hindarx qəsəbəsinin şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Hindarx şəhidlərinin abidələrini ziyarət edərək, abidə önünə tər çiçək dəstələri düzüblər.