YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Xorvatiya strateji tərəfdaşlardır

Aprelin 29-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov Xorvatiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu deyib. Bildirib ki, gələn il Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunacaq. Bu illər ərzində əlaqələrimiz yüksək səviyyəyə gəlib çıxıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında dövlətlərimizin başçılarının böyük rolu var. 2013-cü ildə Azərbaycan və Xorvatiya prezidentləri ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalayıblar. Bu Bəyannamə münasibətlərimizin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

Oqtay Əsədov, həmçinin qeyd edib ki, Azərbaycanla Xorvatiya arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 250 milyon dollar olub.

Milli Məclisin sədri bildirib ki, parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Qarşılıqlı səfərlər həyata keçirilir. Biz beynəlxalq parlament təşkilatlarında çox vaxt bir mövqedən çıxış edirik.

Xanım Mariya Buriç deyib ki, Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyəyə çatması üçün ölkəsi bütün tədbirləri görüb. Yüksəksəviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına böyük töhfə verdiyini deyən Mariya Buriç bildirib ki, ölkələrimiz arasında Zaqreb Bəyannaməsinin imzalanmasından sonra siyasi, iqtisadi sahələrdə əlaqələr genişlənib. O, Azərbaycanda Xorvatiyanın səfirliyinin açılmasının əlaqələrimizin inkişafına töhfə verəcəyinə inandığını deyib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.