YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Ötənilki dövlət büdcəsinin gəlir və xərclərinin artım tempinin göstəriciləri son 7 ildə ən yüksək göstəricilərdir

2018-ci il üzrə dövlət büdcəsinin gəlir və xərclərinin artım tempinin göstəriciləri həm icra, həm də məbləğ baxımından son 7 ilin ən yüksək göstəriciləridir.

Bu barədə jurnalistlərə müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Borcu idarə edən strukturların məlumatlarına əsasən, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 20 faizdən aşağıdır. Dövlət borcu kənar dövlət maliyyə nəzarəti orqanlarının nəzarət fəaliyyətinin mühüm tərkib hissəsidir", - deyə o bildirib.