YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanda idman ildən-ilə inkişaf edir

“Azərbaycanda keçirilən bir sıra beynəlxalq yarışlar və ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəticəsində ildən-ilə idman sahəsində əldə etdiyimiz naliyyətlərin sayı artır. Ölkəmizin hər bir regionunda tikilib gənclərimizin istifadəsinə verilmiş olimpiya idman kompleksləri bir daha idmana göstərilən qayğıdan xəbər verir”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, məhz bunun nəticəsidir ki, Minskdə keçirilən II Avropa Oyunlarının nəticələrinə görə Azərbaycan idmançıları 5 qızıl, 10 gümüş, 13 bürünc medal olmaqla 28 medal qazanaraq xalqımızı sevindirmiş, Azərbaycanın himni səsləndirilmiş, bayrağını yülsəklərə qaldırmışlar.

“Nəzərə alaq ki, Avropa Oyunlarının ilki Azərbaycandan başlayıb və Azərbaycan standartları ilə dünyanın müxtəlif regionlarında növbəti oyunları keçirilir. Həmişə olduğu kimi II Avropa Oyunları yüksək nəticələr göstərmiş,idmançılar və onların məşqçiləri möhtərəm Prezidentimizin sərəncamı ilə mükafatlandırılır. Cənab Prezidentin sərəncamı ilə qızıl medal alan 50 min, gümüş medal alan 30 min, bürünc medal alan 20 min manat dəyərində mükafatlandırılmışlar. Bununla bərabər uyğun olaraq məşqçilər 25 min, 15 min və 10 min manat miqdarında mükafatlandırılır. İdmançılarımızı təbrik edir və onlara yeni-yeni uğurlar diləyirik”-deyə, deputat qeyd edib.