YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft Fondunun investisiya portfelinin 63,2 faizi inkişaf etmiş ölkələri əhatə edir

Bu il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 37,48 faizi Avropa, 32,97 faizi Asiya-Sakit Okean, 19,93 faizi Şimali Amerika, 2,2 faizi Avstraliya-Yeni Zelandiya, 0,71 faizi Yaxın Şərq, 0,07 faizi Cənubi Amerika və 6,64 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Bu barədə ARDNF-in 2019-cu ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 63,25 faizi inkişaf etmiş ölkələr, 30,11 faizi inkişaf etməkdə olan ölkələr və 6,64 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.