YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Muxtar Babayev: Müxtəlif ekoloji layihələrin həyata keçirilməsində YAP-ın potensialından istifadə olunması yüksək nəticələr verir

“Ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır”. Bu fikri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün Yeni Azərbaycan Partiyasının  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  birgə təşkilatçılığı ilə keçirilən "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin bağlanış mərasimində deyib.

M.Babayev bildirib ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən verilən tapşırıqlar bu sahədə ciddi addımların atılmasını bir tələb kimi qarşıya qoyur. Görülən tədbirlər, eyni zamanda, maarifləndirici xarakter daşıyır. Ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi hər kəsin vətəndaşlıq borcudur.
Nazirin sözlərinə görə, birgə səylərin göstərilməsi, ictimai dəstək qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir. Dünyanın əsas qlobal çağırışlarından olan ekoloji tarazılığın qorunması, ətraf mühitin mühafizəsi kimi məsələlərin həllinə birgə dəstəyimiz əsasında töhfələr vermək faydalıdır.

Yeni Azərbaycan Partiyasının böyük potensiala sahib olduğunu deyən nazir qeyd edib ki, müxtəlif ekoloji layihələrin həyata keçirilməsində partiyanın potensialından istifadə olunması yüksək nəticələr verir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

M.Babayev "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin əhəmiyyətini vurğulayaraq gənclərin bu sahədə bilik və təcrübələrini artırdığına inandığını söyləyib.