YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Cənubi Koreya institutu arasında Anlaşma Memorandumu imzalanıb

Avqustun 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya və Türk Araşdırmaları İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

BMTM-in mətbuat xidmətindən bildiriblər ki, memorandumu Mərkəzin sədri Fərid Şəfiyev və Avrasiya və Türk Araşdırmaları İnstitutunun direktoru xanım Eunkyung Oh imzalayıblar. Beşillik memorandum iki qurum arasında akademik və inzibati heyətlərin mübadiləsini, araşdırmaların aparılması və onların nəticələrinin təqdim edilməsi sahəsində əməkdaşlığı, akademik materialların, nəşrlərin və elmi informasiyaların mübadiləsini, digər akademik və təhsil mübadilələrini nəzərdə tutur.