YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Minimum əməkhaqqının artımı əmək bazarındakı proseslərə də müsbət təsir edəcək

“Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Bunun nəticəsi olaraq sentyabrin 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu ilin əvvəlindən ölkəmizdə böyük sosial paket həyata keçirilir. Onun sözlərinə görə, il ərzində minimum əməkhaqqı iki dəfə artırılıb.

“2019-cu  ildə Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu  40 faiz üstələməsinə nail olunub. Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin  maaşının artmasına imkan verib. Onların da 600 min nəfəri dövlət sektorunda, 350 min nəfəri isə özəl sektorda çalışır. Bütövlükdə, minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir”-deyə, deputat qeyd edib.