YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək

“Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Onlar qanundan kənar, qanuna zidd fəaliyyət həyata keçirmək istədilər. Müəyyən sosial narazılıqları olan təbəqələri də bura cəlb etmək istəyiblər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın, erməniçiliyin maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özün çox şey deyir”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib.

B.Muradova  bildirib ki, həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi: “Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa kütlə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişdilər. Onların təsəvvüründəki Azərbaycan bu günkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur”.

Vitse-spiker qeyd edib ki, həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundan kənar hərəkətlər nəyə gətirib çıxara bilər: “Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biəlcəyini göstərdilər. Polisi gözdən salmağa çalışmaqla, yalan məlumatlar yaymaqla, polisi hədəfə çevirməyə yönələn səylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Onlar bunu yaxşı bacardılar, elə bacardıqları da budur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycan, dövlətin, xalqın maraqlarını hər şeydən üstün tutan Prezident, Prezident-xalq birliyi, vətənldaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özün göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır ”.