YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Bakı şəhəri yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir

“Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adına dünyaya layiq olduğunu sübut etməlidir”. Bu fikri Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, dünya miqyasında yaradıcı sənaye son 10 il müddətində cəmiyyətin inkişafına dəyərli töhfələrin verilməsinə şərait yaradır: "Azərbaycanda da bu baxımdan vəziyyət istisna deyil. Son illər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən aparılan siyasət nəticəsində respublikanın hər bir bölgəsində, bütün şəhər və rayonlarda abadlıq, yenidənqurma işləri aparılır, yeni iş yerlərinin açılması uğurla həyata keçirilir. Təbii ki, bu prosesin arxasında duran xalqın yaradıcı potensialı, vətənə məhəbbət, xalqla dövlətin vəhdətidir. Bütün bu amillər Azərbaycanda yaradıcı sənayenin inkişafının vacib olduğunu göstərir".

Nazir söyləyib ki, bu il Bakı şəhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib: “Bakı şəhəri öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq. Bu işdə həm dövlət orqanları, həm sənayenin nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər”.