YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Paşınyan Ermənistandakı daxili problemlərdən diqqəti yayındırmaq üçün müxtəlif təxribatlara əl atır

“İşğalçı Ermənistanın siyasətində təxribatçı əməllər davamlı xarakter daşıyır. Cəbhə xəttində. Atəşkəsin pozulması, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu ölkənin münaqişənin sülh yolu ilə həllinə maraqlı olmadığını göstərir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu mövqeyini hər zaman bəyan edib. Ancaq proseslərin gedişi onu göstərir ki,  Ermənistan rəhbərliyi danışıqların gedişini pozub və hazırda sülh prosesi faktiki olaraq dayanıb. Onun sözlərinə görə, Paşinyanın son addımları Ermənistanın istənilən vaxt yeni hərbi təxribatlara əl atmağa hazır olduğunu göstərir. Bu ölkənin yüksək vəzifəli ayrı-ayrı şəxslərinin bəyanatları, yeni qəbul olunmuş milli təhlükəsizlik strategiyasında əksini tapmış bəzi müddəalar da bunu təsdiqləyir.

Millət vəkili qeyd edib ki, işğalçı ölkə dərin sosial-iqtisadi böhran içərisindədir: “Paşinyan hakimiyyətə gələndə Ermənistanı böhrandan çıxaracağını vəd etmişdi. Amma hakimiyyətə gəlməsindən bir neçə il keçməsinə baxmayaraq, Paşinyan nəinki heç bir problemi həll edə bilmədi, əksinə Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşib. Paşinyan ölkədəki problemləri həll edə bilmədiyi üçün əhali tərəfindən etirazla qarşılanır, reytinqi aşağı düşür. Ona görə də, o ölkə daxilindəki problemlərdən diqqəti yayındırmaq üçün bu cür təxribatlara əl atır”.

M.İbrahimqızı söyləyib ki, Ermənistanın bu davranışına ATƏT-in Minsk qrupunun həmsədrləri, beynəlxalq ictimaiyyət qəti münasibət bildirməlidir: “Həmsədrlərin turist səfərlərinə son qoyulmalı, onlar münaqişənin həlli istiqamətində real addımlar atmalıdırlar. Əks halda, cəzasızlıq şəraitində Ermənistan rəhbərliyi bölgədə vəziyyəti gərginləşdirmək üçün yeni təxribatlara əl ata bilər. Münaqişənin nizamlanmasında danışıqlar üçün imkanlar tükənəcəyi təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək məcburiyyətində qalacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazi bütövlüyünü təmin etmək üçün güc variantından istifadə hüququnu özündə saxlayır. Əlbəttə ki, biz sülh tərəfdarıyıq. Amma qarşı tərəf başqa çıxış yolu qoymasa, biz öz gücümüzə torpaqlarımızı işğaldan azad edəcəyik”.