YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziya parlamenti Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayıb

Malayziya parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası dostluq qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını kəskin şəkildə pisləyən bəyanat yayılıb.

Sənəd dostluq qrupunun sədri Datuk Rosman Bin Datuk Haji İsli tərəfindən oktyabrın 1-də imzalanaraq Azərbaycanın Malayziyadakı səfirliyinə göndərilib.

Bəyanatın mətnində deyilir: “Biz - Malayziya Parlamentində Malayziya–Azərbaycan dostluq qrupunun üzvləri sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı başlamış hücumları pisləyirik. Biz təcili olaraq Ermənistan hökumətinə çağırış edirik ki, beynəlxalq hüququn əsas qanunlarını, eləcə də beynəlxalq humanitar sənədlərdən irəli gələn fundamental tələbləri pozan hər bir cəhdini dayandırsın”.

Sənəddə qeyd edilir ki, Ermənistan hökuməti gücdən istifadəyə etmədən, eləcə də diplomatik səyləri artıraraq Azərbaycanla münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ən qısa zamanda konstruktiv danışıqlara başlamalıdır.

Bəyanatda, həmçinin deyilir: “Bizim dostluq qrupumuzun bütün üzvləri dərin təəssüf hissi keçirirlər ki, Ermənistanın yuxarıda qeyd olunan hücumları təkcə Cənubi Qafqazda sülh və rifaha qarşı deyil, eyni zamanda, bu il iyulun 23-də Malayziyanın BMT-yə üzv dövlətlərdən 171-nin səsini toplayaraq, beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimadı nəzərdə tutan “COVID-19 Pandemiyası dövründə Qlobal Atəşkəs üçün BMT Baş katibinin Müraciətinə Dəstək Bəyanatı” təşəbbüsünü də sarsıdıb”.

Bəyanatın sonunda münaqişə nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Xatırladaq ki, sentyabrın 29-da Malayziya Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib.