YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu ancaq hərbi obyektlərə zərbə endirir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya mülki şəxslərin Azərbaycan Ordusu tərəfindən atəşə məruz qalması ilə bağlı yalan məlumatlarını təkzib edib.

Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib: “Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Bir daha bildiririk ki, Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayın infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib”.