YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsi Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi

“Bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə  tarixini yaşayır. Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz, qürurlu, ləyaqətli xalqımız  Ermənistanı rəzil duruma saldı, kapitulyasiyaya məcbur etdi. Birlik rəmzi olan “dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Artıq dekabrın 1-dək Qarabağımız tam azad olunacaq, referendum olmayacaq, Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Gözünüz aydın olsun!”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu: "Uzun illər davam edən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın “statusu” məsələsinə də son qoyuldu və yurd həsrətilə yanan, qovrulan bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq".

Sədaqət Vəliyeva əlavə edib ki, artıq Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti  mövcud olacaq: "Artıq nə təmas xətti var, nə də təhdid. Azərbaycan düşmənlərini iti qovan kimi qovdu, başlarını əzdi, onlara layiq olduğu yeri göstərdi. Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üçün  Sülhməramlı Mərkəz yaradılır. Bu Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərəcək. Bundan sonra bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, bütün azad olunmuş torpaqlarımızda yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvanla Azərbaycanın arasında  bütün kommunikasiya xəttləri bərpa ediləcək”.

Sədaqət Vəliyeva vurğulayıb ki, Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsi Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi.