YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Şəmkir rayon təşkilatının nümayəndələri Şəhid ailələrini və Qazilərimizi ziyarət edirlər

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Şəmkirdə də şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edilir, qazilərimizlə və Gəncədə erməni terroru nəticəsinə valideyinlərini itirmiş Şəmkir rayonundan olan uşsaqlarla görüşmüş, onların qayğıları ilə maraqlanılmışdır.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və aparat əməkdaşları görüşdə Şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna nəzər saldılar, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğuladılar. Diqqətə çatdırıldı ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, müzəffər ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğı mərkəzindədir. Şəhid ailələrinə ərzaq sovqatı və maddi yardım göstərildi.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, və bütün yerli strukturlara təşəkkürlərini bildirdilər.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!