YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Fevralın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.