YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatının üzvləri Novruz bayramı günlərində şəhid ailələrini ziyarət ediblər

YAP Qusar rayon təşkilatı Novruz bayramı günlərində şəhid ailələrin ziyarət olunması aksiyasını davam etdirir. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputat Azər Badamov, təşkilatın sədri David İbramxəlilov,  Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov  və partiyanın fəalları əvvəlcə Qusar şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Sonra Vətən müharibəsi şəhidi Hüseynov Kərim Tərlan oğlunun Piral kəndində ailəsi və məzarı ziyarət olunmuş, şəhidin xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuşdur. Səmimi görüş zamanı şəhid ailəsinin qayğıları və onları narahat edən problemlər diqqətlə dinlənilmiş və həmin məsələlərin tezliklə həll edilməsi üçün tədbirlərin görüləcəyi bildirilmişdir. Görüşdə Milli Məclisin deputatı Azər Badamov qeyd etmişdir ki, ölkəmizdə şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə xüsusi diqqətlə yanaşılır,onlar hər cür sosial qayğı ilə əhatə olunur.

Şəhidin atası Tərlan Hüseynov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir. Ərazi bütövlüyümüzün bərpası zamanı qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Ordusunun giziri Kərim Hüseynov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Şəhid ailəsinə Novruz bayramı sovqatları təqdim edilmişdir.