YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət etmişlər

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və nümayəndələri şəhid kiçik çavuş (MAHHXHQ) İsmayılov Sərdar Sərvər oğlunun, şəhid əsgər Babayev Əmirxan Mirilham oğlunun və şəhid əsgər (MAHHXHQ) Orucov Coşqun Oruc oğlunun ailələrini ziyarət edərək şəhidlərin təsvirləri toxunmuş xalçaları ailələrinə təhvil vermiş, ailələrə təşkilat tərəfindən bayram sovqatı təqdim etmiş və onların qayğıları ilə maraqlanmışlar.

Səmimi söhbət əsnasında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulamışdır ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər.

Sonda şəhid ailələri göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına təşəkkür etdilər.