YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Qaraçuxur qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsinin şəhidi və cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Qəhrəmanov Orxan Səlvər oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar. Görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, Vətən Müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də nümunə təşkil etdiyini bildirən təşkilat sədri demişdir ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəkdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Orxanın əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən Müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçanı, “Anım lövhəsi”ni və bayram sovqatını şəhid ailəsinə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz minnətdarlıqlarını bildirmişlər.