YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Saatlı rayon təşkilatının fəalları Vətən Müharibəsi Şəhidi gizir Həsənli Rəşad Yaşar oğlunun doğum günündə məzarını ziyarət etdilər, ailəsi ilə görüşdülər

YAP Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən Müharibəsində qəhrəmancasına Şəhid olmuş Saatlı şəhərindən olan gizir Həsənli Rəşad Yaşar oğlunun doğum günündə məzarını ziyarət etdilər, ailəsi ilə görüşdülər.

Görüş zamanı Şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən  qəhrəmanımızın keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailə üzvülərinə yüksək hörmət və ehtiram ifadə olunub. Qeyd olunub ki, Şəhidlər qanları, canları ilə Qarabağı, işğal altında olan torpaqları azad edərək ölkəmizə Şanlı qələbə sevinci yaşatdılar. Biz onlara hər zaman borcluyuq. Şəhidlərin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Şəhidin valideyinləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.