YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyevin dünya insanları üçün humanitar təşəbbüsü

Hazırda dünya ölkələri pandemiya ilə mübarizəni bütün mümkün vasitələrlə davam etdirməkdədir. Ölkəmiz də “COVİD-19” virusuna qarşı apardığı mübarizəni inamla davam etdirir. Biz ölkə olaraq təkcə vətəndaşlarımızın deyil, dünya insanlarının da bu qlobal fəlakətdən daha az itkilərlə çıxması üçün həm əməli işlər görür, həm də qlobal təşəbbüslərlə çıxış edirik.

““COVID-19” dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında prezident İlham Əliyev qeyd etmişdir ki,  bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Prezident həmçinin bu məsələyə inamını bu şəkildə ifadə etmişdir: “Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir.”

Təsadüfi deyil ki, ölkəmizdə koronavirusa qarşı aparılan sistemli mübarizəni yüksək dəyərləndirən Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Ölkəmiz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri edib. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Buradan görünür ki, Azərbaycan Prezidenti qlobal təşəbbüslərlə dünya dövlətlərini həmrəyliyə çağıraraq nisbətən zəif inkişaf etmiş dövlətlərin vətəndaşlarını da qorumaq üçün humanitar cəhdlərin davam etdirilməsinin tərəfdarıdır.

BMT-nin Xüsusi Sessiyasında çıxış edən cənab İlham Əliyev pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə veriləcəyinə inamını ifadə etmişdir. Həmçinin Prezidentbeynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsirinin ölkələr arasında həmrəylik tələb ediyini vurğulamış və müxtəlif təkliflərlə yanaşı belə bir təklif də irəli sürmüşdür ki, vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri də yaradılmalıdır.

Təssüflər olsun ki, hazırda biz pandemiya əlehinə yaradılmış vaksinasiya platformalarında vaksinlərin əlçatanlığı və bərəbər paylanılması ilə bağlı ədalətsiz mövqe müşahidə edirik.

Bilirik ki, Azərbaycan “COVID-19” virusuna qarşı peyvəndin ədalətli bölgüsü və əlçatanlığını təmin etmək məqsədilə yaradılmış “COVAX” beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdəndir. Lakin “COVAX” əldə olunmuş razılaşmanı ədalətsiz şəkildə pozaraq, Azərbaycana peyvəndlərin təqdim olunmasını gecikdirir. Öncədən əldə olunmuş razılaşmada müəyyənləşdirilmiş  vaxt qrafikinə əməl olunmayıb. Bundan başqa, razılaşdırılmış miqdarda vaksinin veriləcəyi də dəqiq bildirilməyib. Bu, “COVAX” platformasına olan etimadı şübhə altına alır. Biz vaksinlərin bölüşdürülməsində ikili standartlara yol verildiyini açıq-aydın görürük. Heç bir ciddi əsas olmadan ölkələr arasında seçim aparılır. Sanki müəyyən ölkələr daha böyük imtiyaz sahibidir və ya həmin ölkələrin vətəndaşlarının vaksin olunmağa daha çox haqqı çatır.

Bu təkcə Azərbaycanda deyil, müxtəlif dünya ölkələri tərəfindən də etirazla qarşılanmışdır. İnanmaq istərdik ki, mövcud ədalətsiz durum tezliklə müsbətə doğru dəyişəcək və “COVAX” platforması razılaşmaya əməl edərək, təkcə ölkəmizin deyil, digər ölkələrin də haqlı narazılığını nəzərə alıb ədalətli və qətiyyətli mövqe ortaya qoyacaqdır.

Aqşin Bağırov,

YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi