YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov rayonun Şəkili kəndində 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş Ömər Cəbrayılovun böyüyüb boya çatdığı evdə onun ailə üzvləri ilə görüşüb.

Cavid Osmanov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Azərbaycan  Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların həyat şəraitinin və güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.

Aprel döyüşlərinə toxunan millət vəkili qedy edib ki, bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi, ərazilərimizin bir hissəsi işğaldan azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Təşkilat sədrinin sözlərinə görə, hərb tariximizə şanlı bir səhifə olaraq yazılan Aprel döyüşləri Vətən Müharibəsində qazandığımız parlaq Zəfərimizin başlanğıc nöqtəsi oldu.

Şəhidin atası Məzahir Cəbrayılov oğlu Ömər haqqında xatirələrini bölüşüb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirən şəhid atası qeyd edib ki, ağdaşlı şəhid ailələri hər zaman dövlət başçımızın ətrafında sıx birləşiblər.