YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Zaqatala rayon təşkilatında “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı videokonfrans formatında tədbir keçirilib

YAP Zaqatala rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı videokonfrans formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

Tədbirdə YAP Zaqatala rayon təşkilatı Qadınlar Şurasının sədri Vəfa Süleymanova, YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Məmmədov, Şura üzvü Ədalət Novruzova, Suvagil kənd ərazi ilk partiya təşkilatının sədri Abdurəhman Soltanov çıxış edərək bildirmişlər ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz davam etdirilən uğurlu siyasi kursun nəticəsində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycanın tam qələbəsi ilə nəticələndi, torpaqlarımız düşməndən azad edildi.

  Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.