YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Biz səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırıq

Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi.

Bu barədə Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən bildirib.

2003-cü ildən danışıqlar prosesində iştirak etdiyini, Ermənistanın üç lideri ilə danışıqlar apardığını, bunun dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi. Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir”

Prezident İlham Əliyev Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı bəyanatlarını, onların təmas xəttində və Azərbaycanın dövlət sərhədində hərbi təxribatlar törətdiyini nümayəndə heyətinin diqqətinə çatdıraraq deyib ki, bütün bunlar İkinci Qarabağ müharibəsi qaçılmaz etdi.

“Hazırda biz münaqişədən sonrakı inkişaf vəziyyətindəyik. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Bununla bağlı danışıqlar aparası heç nə yoxdur. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz postmünaqişə vəziyyəti barədə düşünməliyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Dövlətimizin başçısı çıxışının sonunda bir daha vurğulayıb ki, Azərbaycan səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırdır.