YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunda şəhidlərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının rəhbərliyi və fəalları Vətən müharibəsi zamanı şəhid olmuş Əliyev Anar Vaqif oğlu və Mehdiyev Yasən Alim oğlunun məzarını ziyarət edib, əziz xatirələrini böyük ehtiramla anıblar.

Sonra şəhidlərin ailə üzvləri ilə görüşən təşkilat fəalları onların qayğıları ilə maraqlanıblar.

Şəhidlərin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını  bildiriblər.