YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Hakim Bəşirovun şəhadətinin ildönümü qeyd edili

İmişli Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası  İmişli rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər İkinci Qarabağ müharibəsi şəhidi leytenant Hakim Nazim oğlu Bəşirovun rayonun Ətyeməzli kəndindəki məzarını ziyarət edərək onun əziz xatirəsini yad ediblər.

Qeyd edək ki, bu gün Hakim Bəşirovun şəhadətinin ildönümüdür.  İştirakçılar şəhid məzarı üzərinə gül-çiçək dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub. Şəhid ailəsi belə yüksək diqqətə görə, minnətdarlıqlarını bildiriblər.