YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanlı şəhidlərin şəhadətlərinin ildönümləri keçirilib

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyinin və fəallarının İkinci Qarabağ müharibəsində şəhid olan beyləqanlı şəhidlərin il mərasimlərində iştirak etmələri ənənəvi hal alıb. Davamlı olaraq şəhidlərin doğum və şəhadət günlərində onların ailələri ziyarət edilir, məzarlarına gül-çiçək dəstələri düzülür.

YAP Beyləqan rayon təşkilatının fəalları oktyabrın 25-də daha iki şəhidin –rayonun Şərq qəsəbəsinin sakini Qəmbərov Elnur Novruz oğlunun və  rayonun Aşağı Çəmənli kəndinin sakini Qasımov Qoşqar Atakişi oğlunun il mərasimlərində iştirak edərək şəhidlərin ailələrinə səbr diləyiblər.

Mərasim iştirakçıları şəhidlərin ruhlarına dualar oxuyub, əziz xatirələrini yad ediblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.