YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda şəhid Sərxan Hacıyevin məzarı ziyarət edilib

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Yeni Azərbaycan Partiyası Qobustan  rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri, Qobustan şəhərindən  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Sərxan Eldar oğlu Hacıyevin  məzarını ziyarət ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirib, ruhuna dualar oxuyublar.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.