YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Şamaxı rayonunda Vətən müharibəsi şəhidləri Atakişiyev Tərlan Dərgah oğlunun və Kərimov Haqverdi Sadiq oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Sonra tədbir iştirakçıları rayonun Ovculu kəndində şəhid Kərimov Haqverdi Sadiq oğlunun adının əbədiləşməsi məqsədilə yeni inşa olunmuş bulağın açılışında iştirak ediblər.