YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: 44 günlük Vətən müharibəsindən 1 il ötsə də, tarixi qələbə ovqatında Zəfər təntənəsi davam edir

“44 günlük  Vətən müharibəsindən 1 il ötsə də, tarixi qələbə ovqatında Zəfər təntənəsi davam edir. Müzəffər Ali Baş Komandan, Prezident  İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri də qələbə təntənəsinin ifadəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın torpaqların işğaldan azad edilməsinin birinci ildönümündə rayonlara səfər etmələri doğma Qarabağımızın dirçəlişini tərənnüm edir. Oktyabrın 4-də Cəbrayıla, oktyabrın 17-də Füzuliyə, ondan 3 gün sonra Zəngilana, oktyabrın 25-də isə Qubadlı rayonuna gerçəkləşən səfərlər azad olunmuş ərazilərin bərpasının dövlətimizin başçısının xüssui diqqət mərkəzində olduğunu təsdiqləyir. Eyni zamanda, səfərlərin işğal altında olmuş şəhərlərin azad olunmasının ildönümlərində reallaşması rəmzi məna daşıyır. 

Millət vəkilinin sözlərinə görə, tarixi Qələbəmizdən bu günədək dövlət başçısının işğaldan azad olunmuş torpaqlara səfərləri Prezident İlham Əliyevin bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır. Çünki Prezident İlham Əliyev bu görüşlərdə azad edilmiş ərazilərimizdə görülən işlərdən geniş bəhs edərək daim zamanın yeganə rəqibimiz olduğunu açıqlayır. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Qarabağlı, şərqi zəngəzurlu Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək.  

“Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş 3 rayonumuzda beynəlxalq standartlara cavab verən hava limanlarının inşa edilməsi, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Əlbəttə ki, 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın çiçəklənməsi hər bir vətəndaşımızın ən böyük arzusudur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli ilə rəşadətli Ordumuz bizə Qarabağın azadlığını yaşatdı. Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi. Beləliklə, Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə yaratdığı reallıqları daha da möhkəmləndirir. Bu reallığı düzgün qiymətləndirənlər ondan böyük faydalar qazanacaq, qiymətləndirməyənlərin isə özləri itirəcək”,-deyə Fatma Yıldırım söyləyib.