YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub

Goranboy rayonunda Vətən müharibəsi şəhidləri Yusif Yusifov və Məhəmməd Əşrəfovun şəhadətlərinin ildönümündə xatirələri ehtiramla yad olunub.

Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, YAP Goranboy rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Anım mərasiminin iştirakçıları əvvəlcə şəhidlərin məzarını ziyarət edərək, onların ruhuna dualar oxuyub, xatirələrini ehtiramla anıblar. Qeyd olunub ki, bu Zəfərin qazanılmasında və torpaqlarımızın azad edilməsində böyük şücaət və vətənpərvərlik nümayiş etdirərək, öz canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Daha sonra şəhidlərin valideynləri ilə söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənilib. Şəhidlərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.