YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatı 60 saylı ərazi təşkilatının hesabat seçki yığıncağını keçirib

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı 60 saylı ərazi partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktor müavini, 60 saylı ərazi partiya təşkilatının sədri Əliağa Səfərov hesabat məruzəsi ilə çıxış edərək ərazi partiya təşkilatının gördüyü işlər barədə məlumat verib.

Yığıncaq iştirakçılarından BDÖZ-un Mexanika və Energetika şöbəsinin rəisi Qabil Allahyarov, İnsan Resursları şöbəsinin rəisi Kamran Mürsəlov, İqtisadiyyat-uçot şöbəsinin rəisi-baş mühasib Fazil Nəsibli və digərləri  çıxış edərək ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunun mahiyyətindən və Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində oynadığı roldan və s. məsələlər haqqında fikirlərini bildirib.

Q.Əliyev qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarının üzvlərinə müvafiq tövsiyələr verib.