YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı “Zəfər günün mübarək, Azərbaycan!” adlı fləşmob keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən 8 Noyabr Zəfər Gününə həsr olunan “Zəfər günün mübarək, Azərbaycan!” adlı fləşmob keçirilib.

Bakı Olimpiya Stadionunun ərazisində təşkil olunan fləşmob iki kompozisiyadan ibarət olub.

1800 nəfər gəncin və peşəkar xareoqrofların iştirakı ilə hazırlanan fləşmobda Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun gücü sayəsində tarixi qələbə ilə sonlanan Vətən Müharibəsi nəticəsində bütövləşən Azərbaycanın xəritəsi və Qələbəmizin simvolu olan "Dəmir yumruq" işarəsi əks olunub.