YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda Vətən müharibəsi şəhidi Amid Həsənlinin xatirəsi anılıb

Saatlı rayonunun Dədə Qorqud kəndində Vətən müharibəsi şəhidi Həsənli Amid İsaq oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində iştirak edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.

Daha sonra təşkilat üzvləri şəhidin ailəsi ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıblar. Görüşdə Zəfərin qazanılmasında və torpaqlarımızın azad olunmasında böyük şücaət və vətənpərvərlik nümayiş etdirərək öz canlarından keçən Amid kimi qəhrəman oğulların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunub.

Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.