YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidlərinin xatirələri yad edilir

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Vətən müharibəsi şəhidlərinin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidlərin ildönümü ərəfəsində Laçın Rayon İcra Hakimiyyətinin,YAP Laçın rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin ailə üzvləri ilə birgə şəhid məzarlarını  ziyarət etmişlər.

Ziyarət zamanı ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açılmış, şəhidin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanmışdır.

Şəhidlərin ailə üzvləri onlara göstərilən hərtəfəli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildirmişlər.