YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid Şəhriyar Qasımovun ailəsi ziyarət olunub

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi çavuş Qasımov Şəhriyar Vəzir oğlunun ailə üzvlərini ziyarət ediblər.

Şəhidin ailə üzvləri ilə görüşdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söhbət açılaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Şəhriyar kimi igidlərimizin qəhrəmanlıq nümunələri göstərməsindən danışılıb.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.