YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı “Vətən uğrunda” abidə kompleksinin ətrafında iməcilik keçirib

Noyabrın 3-də Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Zəfər Günü münasibəti ilə Pirallahı rayonunda yerləşən “Vətən uğrunda” abidə kompleksinin ətrafında iməcilik keçirmişdir.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının rəhbərliyi, ərazi partiya təşkilat sədrləri, ümumilikdə 30-a yaxın gənc partiya fəallı iştirak etmişdir.

İməcilik zamanı “Vətən uğrunda” abidə kompleksinin üzərində şəhidlərimizin şəkilləri əks olunmuş barelyef təmizlənmiş, pilləkənlər yuyulmuş, zədələnmiş ağaclar budanmış, abidənin ətrafındakı küçə və səki kənarları süpürülmüş, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.

Tədbirdən sonra YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov məğrur ordumuzun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışaraq bildirdi ki, qısa müddət ərzində düşmənə sarsıdıcı zərbə vurmaqla hərb meydanında böyük üstünlük qazanan Silahlı Qüvvələrimiz "məğlubedilməz erməni ordusu'' mifini dağıtdı və Ermənistan hakimiyyətini 44 gün ərzində 3 dəfə atəşkəs üçün yalvarmağa və nəhayət, kapitulyasiyaya vadar etdi. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri  canı-qanı bahasına Ermənistanın 30 il ərzində öz xarici havadarları hesabına milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi.

Şəhidlərimizin əziz xatirəsindən danışan natiq vurğuladı ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin müqəddəs ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.