YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadlı şəhidlərin ildönümləri qeyd edilib

YAP Sabirabad təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Sabirabad rayon Qəzli kənd sakini Rzayev Elxan Aris oğlunun və Poladtoğay kənd sakini İslamov Daşqın Alik oğlunun şəhadətlərinin ildönümü münasibəti ilə məzarlarını ziyarət edərək üzərlərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhid ailələri ziyarət edilərək onların qayğı və problemləri ilə maraqlanıblar. Həmçinin şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib və onların nümunəvi gənclər kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.

 Şəhidlərin ailə üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.