YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roma Papası VIII Qlobal Bakı Forumuna müraciət ünvanlayıb

VIII Qlobal Bakı Forumunun keçirilməsi Nizami Gəncəvinin 880-ci ildönümünə təsadüf edir. Bilirik ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bu, bizim regionumuzda birliyin rəmzidir.

Bu fikirlər Roma Papası Fransiskin VIII Qlobal Bakı Forumuna ünvanlanmış müraciətində yer alıb.

Müraciətdə, həmçinin deyilir: “Bilirik ki, bu tədbir çərçivəsində COVID-19-a bağlı məsələləri müzakirə edəcəksiniz və ən təxirəsalınmaz suallara cavab axtaracaqaısnız. Bu tədbirlərin keçirilməsi icmalar arasında daha çox anlaşmaya, öhdəliklərə daha məsuliyyətlə yanaşmağa, əməkdaşlığın, dialoqun və qarşılıqlı hörmətin dərinləşməsinə imkan yaradacaq”.