YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: İşğaldan azad edilmiş ərazilərin iqtisadiyyatımıza inteqrasiyası ölkəmizin daha sürətli inkişafında mühüm rol oynayacaq

“Ölkəmiz, o cümlədən dünyada yaşayan azərbaycanlılar çoxəsrlik tariximizdə mühüm yer tutan 8 Noyabr-Zəfər Gününün qeyd edilməsinə hazırlaşır”. Bu fikri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ərazilərimizin işğaldan azad olunması təkcə ərazi bütövlüyümüzün təmin olunması, tarixi ədalətin bərpa edilməsi deyil, eyni zamanda Azərbaycan iqtisadiyyatına əlavə güc deməkdir. Həmin ərazilərin də ölkə iqtisadiyyatına inteqrasiya edilməsi ölkəmizin daha sürətli inkişafında mühüm rol oynayacaq.

“Bilirsiniz ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Amma ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan bu gün bir logistika mərkəzi kimi dünya ticarət əlaqələrində önəmli yer tutan bir ölkə kimi özünü təsdiq edib. Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin tranzit potensialı daha da yüksələcək və düşünürəm ki, bu proses də Azərbaycanın bundan sonra daha sürətli inkişafına, regionda, ümumiyyətlə dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə, xalqımızın rifahına xidmət edəcək”,-deyə YAP Sədrinin müavini vurğulayıb.