YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bu günlər qalib Azərbaycanın hər bir vətəndaşı sözlə ifadə edilməyəcək sevinc, qürur, fəxarət hissi keçirir: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində cəmi 44 gün ərzində 30 illik həsrətə son qoyuldu. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində tarixi Qələbə qazandı. Doğma Qarabağımız işğaldan azad edildi. Bu savaşda böyük ruh yüksəkliyi ilə  bu savaşda Zəfər qazanaraq ərazi bütövlüyümüzü bərpa etdik”.

“Qazanılan Qələbə ilə  ürəkləri Vətən eşqi ilə döyünən övladlarımız adlarını çağdaş Azərbaycanın şanlı tarixinə əbədi həkk etdilər” söyləyən V.Rəhimzadə daha sonra vurğulayıb: “ Bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız var. Onlar Azərbaycan tarixində əbədi yaşayacaqlar”.

V.Rəhimzadə, həmçinin “Xəmsə” Milli İntellektual Oyununun keçirilməsinə münasibət bildirərkən qeyd edib ki, bu cür tədbirlər  yeniyetmə və gənclər üçün mühüm əhəmiyyət kəsb edir.

Çıxışdan sonra oyuna start verilib.

“Xəmsə” Milli İntellektual Oyununun nəticələrinə görə, 287 saylı  Zəkalar Liseyinin “Zəkalar” komandası  birinci, 245 saylı  tam orta məktəbin “Big Brain” komandası ikinci, Humanitar Fənlər təmayüllü məktəb-liseyin “Zəkalar” komandası üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər diplomla mükafatlandırılıblar.