YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda “Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir!” adlı tədbir keçirilib

Bərdə rayonunda Vətən müharibəsində Qələbənin birinci idönümü münasibətilə “Möhtəşəm Qələbəmiz tariximizin Zəfər salnaməsidir!” adlı tədbir keçirilib.

Əvvəlcə,  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunub.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, rayon İcra Hakimiyyətinin, YAP Bərdə rayon təşkilatının, rayon Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya, ADSHXÇDX rayon şöbəsinin rəisi polkovnik –leytenant Elbrus Bağırov, rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Samir Səfərov çıxış edərək müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaətindən, xalq-iqtidar- Ordu birliyindən danışıblar.

Tədbirdə həmçinin, şəhid ailələrinin üzvləri və qazilər çıxış edərək Vətən müharibəsi şəhidlərinə, qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.

Sonda Bərdə şəhər 3 saylı tam orta məktəbin şagirdləri Zəfər ədəbi kompozisiyası təqdim ediblər.