YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahil Babayev: Gələn ilin büdcə layihəsində 2 milyon 100 mindən çox vətəndaşı əhatə edəcək sosial paket nəzərdə tutulub

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daim diqqət mərkəzindədir. Ardıcıl aparılan işlər nəticəsində üç il yarımlıq müddətə nəzər salsaq, əhaliyə sosial ödənişlərin həcmi 60 faiz artıb. İl ərzində vətəndaşlara göstərilən ödənişlərin həcmi 2, 4 milyard manat çoxalıb. Pensiyalar orta hesabla 60 faiz, müavinətlər iki dəfə, Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri isə dörd dəfə artıb. Bu rəqəmlər sosial sahəyə göstərilən diqqətin göstəricisidir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda jurnalistlərə verdiyi müsahibədə deyib.

Sosial ödəniş alanların sayının ciddi şəkildə artdığını bildirən nazirin dediyinə görə, onların sayı 160 mindən çox artaraq ümumən 2 milyon 600 minə yaxınlaşıb və həmin təbəqəyə məxsus olanların əhatə dairəsi daim genişlənir.

“Gələn il həyata keçiriləcək sosial islahatlarla əlaqədar maliyyə təminatı 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulub. Artıq büdcə layihəsi Mili Məclisdə qəbul edilib və hökumətə təqdim olunub. Bunun davamı olaraq hökumətin müvafiq normativ hüquqi aktları ilə sosial islahatlar paketinin tərkib hissələri təsdiq olunacaq. Ümumilikdə hazırlanan layihə və təkliflər çərçivəsində 2 milyon 100 mindən çox vətəndaşı əhatə edəcək sosial paketin realizə olunması nəzərdə tutulub və həmin istiqamətlər üzrə dövlət büdcəsindən təxminən 1,5 milyard manat vəsait ayrılıb. Minimum əməkhaqqı, minimum pensiya, müavinət, təqaüd və digər ödənişlər üzrə layihələr qısa müddət ərzində təsdiq olunacaq. Ailə başçısını itirməyə görə pensiya və müavinət, digər istiqamətlərin hər biri üzrə layihələrə müəyyən təkliflər edilib”, - deyə nazir əlavə edib.